DÇ-26 : Belçika 1/4 finalda
07 iyul 2026 06:03 (UTC +04:00)

DÇ-26: Belçika 1/4 finalda

0

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ və Belçika milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

Matça Belçika millisi qolla başlayıb. 9-cu dəqiqədə De Ketelare hesabı açıb: 1:0.

31-ci dəqiqədə ABŞ bərabərlik qolunu vurub. Tillman cərimə zərbəsindən baxımlı qola imza atıb.

2 dəqiqə sonra Belçika yenidən hesabda önə keçib. De Ketelare bu dəfə başla fərqlənərək özünün və komandasının 2-ci qolunu vurub.

İlk hissə Belçikanın üstünlüyü ilə başa çatıb: 2:1.

57-ci dəqiqədə avropalılar 3-cü qolu vurub. Vanaken hesabı 3:1 edib.

Oyunun son dəqiqələrində hesab 4:1 olub. Romelu Lukaku topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.

Matçda başqa qol olmayıb və Belçika millisi adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Belçika 1/4 finalda İspaniya ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
7 iyul

04:00. ABŞ – Belçika 1:4

Qol: De Ketelare, 9, 33, Tillman, 31, Vanaken, 57, Lukaku, 90+3

ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Makkenni, Adams, Tillman, Dest, Baloqun, Pulişiç

Belçika: Kurtua, De Küyper, Nqoy, Meşele, Kastan, Onana, Raskin, Tilemans, Trossard, De Ketelare, Lukebakio

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar