DÇ-2026:  Portuqaliya 1/8 finalda!
03 iyul 2026 05:22 (UTC +04:00)

DÇ-2026: Portuqaliya 1/8 finalda!

0

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəliblər. 

Görüş Bakı vaxtı ilə saat 03:00-da start götürüb.

İlk hissədə hesab açılmayıb. 

İkinci yarı Xorvatiyanın qoluyla başlayıb. 53-cü dəqiqədə İvan Perişiç fərqlənib: 1:0.

Portuqaliya 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Kriştiano Ronaldo xorvatların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 

90+4-cü dəqiqədə Portuqaliya 2-ci qolu vurub. Qonsalo Ramoş başla dəqiq oynayıb: 2:1.

Matç bu hesabla başa çatıb və Portuqaliya adını növbəti mərhələyə yazdırıb. 

Portuqaliya 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
3 iyul
03:00. Portuqaliya – Xorvatiya 2:1

Qol: İ. Perişiç, 53, Ronaldo, 68, Q. Ramoş, 90+4

Portuqaliya: Kosta, Kanselo, Diaş, Veyqa, Mendeş, Neveş, Vitinya, Neto, Fernandeş, Leao, Ronaldo

Xorvatiya: Livakoviç, Perişiç, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Baturina, Suçiç, Vlaşiç, Budimir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar