"Çelsi"nin futbolçusu Santosun  yarım milyonu   qarət edildi
27 yanvar 2025 14:58 (UTC +04:00)

"Çelsi"nin futbolçusu Santosun yarım milyonu qarət edildi

Braziliyalı yarımmüdafiəçi Andrey Santosun evi həftə sonu “Lill” ilə Liqa 1 oyununda olarkən qarət edilib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, "Çelsi"dən icarəyə götürülən “Strasbur”un yarımmüdafiəçi 500 min avro dəyərində qiymətli əşyalarını itirib.

Bildirilir ki, naməlum cinayətkarlar 20 yaşlı braziliyalı futbolçunun evinin qapısını sındıraraq qiymətli əşyaları və qızıl-zinət əşyalarını aparıblar.

Eyni zamanda, Andrey Santosun özü “Strasbur”a  “Lill”ə qələbə qazandıran qollarından birini vurub və komandası Fransa çempionatının 19-cu turunda 2:1 hesabı ilə qalib gəlib.

Oğurluqdan sonra braziliyalı oğrulara müraciət edərək oğurladıqları malları 24 saat ərzində geri qaytarmalarını istəyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418

Oxşar yazılar

"Barselona" gələn həftə yeni qapıçı  alır

"Barselona" gələn həftə yeni qapıçı alır

3 iyun 2025 , 10:56
Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12