Yaponiya millisinin müdafiəçisi Yuto Naqatomo beş dünya çempionatında iştirak edən ilk asiyalı futbolçu olub.
Lent.az xəbər verir ki, 39 yaşlı futbolçu 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İsveç yığmasına qarşı oyunda meydana çıxıb. O, 75-ci dəqiqədə, hesab 1:1 olarkən oyuna daxil olub.
Bunadək beş dünya çempionatında meksikalılar Antonio Karbaxal, Andres Quardado və Rafael Markes, almaniyalılar Lotar Matteus və Manuel Noyer, həmçinin xorvatiyalı Luka Modriç iştirak edib. Kriştiano Ronaldo və Lionel Messi isə dünya çempionatlarında altı dəfə çıxış edən futbolçular sırasındadır.
Naqatomo Yaponiya millisi ilə 2011-ci ildə Asiya Kubokunun qalibi olub. O, milli komandada keçirdiyi oyunların sayına görə ikinci pillədədir. Naqatomo Yaponiya yığmasında 146 oyun keçirib və yalnız karyerasını başa vuran Yasuhito Endodan geri qalır.