DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Lüksemburq yığmasında baş məşqçi Lyuk Holtsla bağlı qərar açıqlanıb.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis postunda saxlanılıb.
Beş aydır müqavilə müddəti başa çatan Holtsla yeni 2 illik saziş imzalanıb. 2010-cu ildən Lüksemburq yığmasını çalışdıran mütəxəssisin DÇ-2022-nin seçmə mərhələsi ilə yanaşı, AVRO-2024-də də postunda qalması nəzərdə tutulub.
Qeyd edək ki, Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu sentyabrında 1-də evdə Azərbaycan millisinə qarşı keçirəcək.