“Barselona”nın sabiq müdafiəçisi Duqlas Santos Braziliyada həbs edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Santosun odlu silahdan qeyri-qanuni istifadəsi olub. Futbolçu gecə saatlarında Braziliya şəhərindəki dayanacaqlardan birində havaya atəş açıb.
Duqlas Santos daha sonra silahı meşəlik ərazidə gizlədib və silah hələ də tapılmayıb.
32 yaşlı futbolçu hazırda komandasızdır, onun son klubu “Beşiktaş” olub. Santos bu əməlinə görə məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Santos “Barselona”nın tərkibində Çempionlar Liqasının qalibi, İspaniya çempionu (iki dəfə), İspaniya kubokunun sahibi (iki dəfə) olub. Braziliyalı iki il ərzində klubda 8 rəsmi oyun keçirib.