"Barselona" bu hücumçu ilə razılaşdı - transfer edəcək
01 avqust 2024 17:10 (UTC +04:00)

"Barselona" bu hücumçu ilə razılaşdı - transfer edəcək

“Barselona” Almaniyanın “RB Leypsiq” klubunun hücumçusu Daniel Olmonun transferi üçün yeni təklif göndərib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, İspaniya millisinin futbolçusu klubla 6 illik müqaviləyə razılaşıb. “Barselona” “RB Leypsiq”ə 55 milyon avro və daha 7 milyon avro müxtəlif bonuslar təklif edib.

Qeyd edək ki, bundan əvvəl “RB Leypsiq” “Barselona”nın əvvəlki təklifini qəbul etməyib. Kataloniya klubu Olmoya sabit məbləğ olaraq 40 milyon avro və “mavi qranatlar”ın qazandığı titullardan asılı olaraq daha 20 milyon avro bonus ödənişi təklif edib. Eyni zamanda, təkliflər arasında göstərilən 40 milyon avronun “RB Leypsiq”ə hissə-hissə ödənilməsi də qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar