"Barselona" 17 yaşlı  yarımmüdafiəçini alır
15 dekabr 2023 09:35 (UTC +04:00)

"Barselona" 17 yaşlı yarımmüdafiəçini alır

0

“Barselona” “River Pleyt”in 17 yaşlı yarımmüdafiəçisi Klaudio Eçeverri ilə danışıqlara başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya klubu müqavilənin ləğvi ilə bağlı bənddə göstəriləndən daha böyük məbləği – 25 milyon avronu hissə-hissə ödəməyə hazırdır.

Eçeverri “River Pleyt”in yetirməsidir və akademiyadan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin dekabrına qədərdir. Transfermarkt 17 yaşlı argentinalıya 4 milyon avro qiymət qoyub.

Bu mövsüm Eçeverri 5 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

“Barselona”nın hazırda altı yarımmüdafiəçisi var: Qavi, Pedri, De Yonq, Gündoğan, Sergi Roberto və Romeu Oriol.

Klaudio Eçeverri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4823

Oxşar yazılar