Azərbaycan UEFA reytinqində  irəlilədi
14 oktyabr 2022 04:29 (UTC +04:00)

Azərbaycan UEFA reytinqində irəlilədi

0

Azərbaycanın UEFA reytinqindəki xalı artıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, buna Avropa Liqasının qrup mərhələsinin IV turu səbəb olub.

Bakıda Yunanıstan çempionu “Olimpiakos”u qonaq edən “Qarabağ” qolsuz heç-heçə edib – 0:0. Bu, Azərbaycanın UEFA reytinqinə 0,250 xal gətirib.

Bununla da cari mövsüm qazanılan xallarımız 3,250-yə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalımız isə 15,875-ə qədər yüksəlib. 

Amma bu artım irəliləyiş üçün yetərli olmayıb. Ölkəmiz Avropada 29-cu pillədə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2005

Oxşar yazılar