Azərbaycan çempionu vəfat etdi  - FOTO
03 avqust 2022 15:51 (UTC +04:00)

Azərbaycan çempionu vəfat etdi - FOTO

Latviya millisinin sabiq futbolçusu Andrey Rubin vəfat edib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qarabağ” və “Simurq”da oynamış yarımmüdafiəçi 44 yaşında ölüb.

Latviya millisi ilə AVRO-2004-ün iştirakçısı olan Rubinin son iş yeri “Oqre” idi. O, bu klubun məşqçisi kimi çalışıb.

Rubin 2008-10-cu illərdə “İnter”, 2010-11-ci illərdə “Qarabağ”, 2011-12-ci illərdə “Simurq”da forma geyinib. O, 2009/10 mövsümündə Premyer Liqanın çempionu adını qazanıb.

Qeyd edək ki, Latviyada “Auda”, “Skonto”, “Metallurq”, İsveçdə “Ester”, Rusiyada “Spartak”, “Şinnik”, İngiltərədə “Kristal Pelas” klublarında oynamış yarımmüdafiəçi karyerasını Zaqatala təmsilçisində başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Oxşar yazılar