“Növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmədov deyib.
Qurum rəsmisi fors-major durum ortaya çıxmasa, 2022-23 mövsümündə Premyer Liqaya iki yeni klubun qəbul olunacağını və yarışın 10 komandanın iştirakı ilə təşkili barədə qərar qəbul edildiyini bildirib.