Azarkeşlər oyunun sonunda Messiyə doğru qaçaraq onu yerə yıxıblar.
Lent.az xəbər verir ki, hadisı “İnter Mayami” və “İndependyente del Valle” arasında keçirilən oyunda qeydə alınıb.
Görüşün sonlarında argentinalı futbolçunun ətrafına bir neçə azarkeş toplaşıb. Onlardan biri Messiyə tərəf qaçaraq onu qucaqlamağa başlayıb. Mühafizəçi gənci kənarlaşdırmağa çalışsa da, futbolçu və azarkeşlər qazona yıxılıb.
Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub.