Türkiyənin "Adana Dəmirspor" klubu rusiyalı mərkəz hücumçusu Artyom Dzyubanı heyətinə qatıb.
Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, təcrübəli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. "Adana Dəmirspor"un açıqlamasında "Klubumuz futbolçu Artyom Dzyuba ilə 1+1 illik müqavilə imzalayıb", - qeyd edilir.
Artyom Dzyuba keçən mövsüm “Zenit” klubunda çıxış edib.
33 yaşlı futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro olaraq göstərilir. Rusiya millisinin heyətində 55 dəfə meydana çıxan Artyom Dzyuba 30 qol vurub.