Andrey Şevçenko İtaliyaya qayıdıb.
Lent.az xəbər verir ki, futbolçu kimi ən yaxşı illərini bu ölkədə keçirən şevçenko indi baş məşqçi işləyəcək.
“Genoa” klubu noyabrın 7-də Ukrayna millisinin keçmiş baş məşqçisi ilə 2024-cü il iyunun 30-dək müqavilə imzalandığını elan edib.
“Andrey Şevçenko “Genoa”nın yeni baş məşqçisidir. Mister, xoş gəldin”, - klubun “Twitter” səhifəsində belə məlumat yayılıb.
Şayiələrə görə, 45 yaşlı ukraynalı baş məşqçi İtaliya klubunda ildə 1,8 milyon avro qazanacaq.