"Real"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Kasemironun mümkün gedişi haqda danışıb.
“Mən Kazemiro ilə danışdım. O, yeni çağırış istəyir. Biz onun qərarını başa düşürük. Danışıqlar davam edir, lakin o, “Real”dan ayrılmaq qərarına gəlib”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Ançelotti mətbuat konfransında deyib.
Daha əvvəl bildirilmişdi ki, Kazemiro həftəlik 413 min avro alacağı “Mançester Yunayted”ə keçməyə yaxındır.
Kazemiro “Real”ın heyətində 336 oyuna çıxıb, 31 qol vurub və 29 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Madrid klubu ilə birlikdə 18 kubok qazanıb. Braziliya millisinin futbolçusunun "Real”la hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.