05 avqust 2021 23:31 (UTC +04:00)

AEL - "Qarabağ" oyununda təxribata yol verildi

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıb.

Oyunboyu “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.

Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb.

Kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim tərəfindən dayandırılan matç bir neçə dəqiqə sonra davam edib. Hər iki komanda stadiona dönüb.

# 2253
avatar

Oxşar yazılar