59 yaşlı amerikalı Skot İnqlend peşəkar rinqdə debüt döyüşünü 23 yaşlı Ceyşon Hanterə qarşı keçirib. Döyüş orta çəki dərəcəsində baş tutub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, artıq ilk raundun əvvəlində İnqlend yıxılıb. 10 saniyədən çox davam edən fasilədən sonra mübarizə davam edib, lakin Skott daha bir neçə zərbə buraxıb və hakim onu döyüşdən kənarlaşdırmaq qərarına gəlib.
İnqlend həyatda bir çox peşələri sınayıb: o, radio və televiziyada aparıcı olub, sonra kantri musiqisi haqqında kitablar yazmağa başlayıb.