“Sumqayıt Şəhər” “İnter”i büdrədə bilmədi
14 sentyabr 2011 20:00 (UTC +04:00)

“Sumqayıt Şəhər” “İnter”i büdrədə bilmədi

Lent.az-ın məlumatına görə, ötən həftəsonu “Qarabağ”la heç-heçə edərək ilk xalını qazanan Sumqayıt təmsilçisi bu dəfə məğlubiyyətlə üzləşib – 0:2. Hər iki qol ikinci hissədə vurulub. 71-ci dəqiqədə Arif Daşdəmirov hesabı açıb. Hakimin əsas vaxta əlavə etdiyi ikinci dəqiqədə isə Samir Zərgərov yekun nəticəni müəyyənləşdirib. Bu qələbə sayəsində “İnter” xallarını 9-a çatdırıb. 5 oyundan sonra baş məşqçi Kaxaber Tsxadadzenin komandası eyni xala malik “Kəpəz”lə 3-4-cü yerləri bölüşdürür. “Sumqayıt Şəhər” isə 1 xalla sonuncu – 12-ci pillədə qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar