Püşk atıldı: “Neftçi”yə Zaqreb “Dinamo”sundan asan rəqib düşdü - YENİLƏNİB
15 iyul 2011 15:33 (UTC +04:00)

Püşk atıldı: “Neftçi”yə Zaqreb “Dinamo”sundan asan rəqib düşdü - YENİLƏNİB

Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu “Neftçi” Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını keçə bilsə, münasib rəqiblə üz-üzə gələcək.

Püşk “Dinamo” – “Neftçi” cütünün qalibinə HİK (Finlandiya) – “Banqor Siti” (Uels) cütünün qalibini rəqib edib. II təsnifat mərhələsinin ilk oyununda “Banqor Siti” HİK-ə öz meydançasında 0:3 hesabı ilə uduzub. Cavab görüşü iyulun 19-da Finlandiyada baş tutacaq. Artıq ilk görüşün nəticəsinə əsasən, “Dinamo” – “Neftçi” cütünə HİK-in rəqib olacağını ehtimal etmək mümkündür.

Lakin Finlandiya təmsilçisi ilə məhz “Neftçi”nin qarşılaşması sual altındadır. Çünki flaqman ilk görüşdə “Dinamo”ya Zaqrebdə böyük hesabla uduzub – 0:3. İyulun 19-da Bakıda təşkil olunacaq cavab qarşılaşmasında baş məşqçi Arif Əsədovun komandası ya əsas və əlavə vaxtı 3:0 hesablı qələbə ilə tamamlayaraq penaltilər seriyasında üstün olmalı, ya da ən azı 4 top fərqi ilə qalib gəlməlidir.


Digər qarşılaşmaların tərkibi:

“Kopenhagen” (Danimarka) – “Şemrok Rovers” (İrlandiya) / “Flora” (Estoniya) cütünün qalibi

“Makkabi” (Hayfa, İsrail) / “Borats” (Bosniya və Herseqovina) – “Maribor” (Sloveniya) / “Düdelanj” (Lüksemburq)

“Skenderbü” (Albaniya) / APOEL (Kipr) – “Slovan” (Slovakiya) / “Tobol” (Qazaxıstan)

“Moqren” (Makedoniya) / “Liteks” (Bolqarıstan) – “Skonto” (Latviya) / “Visla” (Polşa)

“Reyncers” (Şotlandiya) – “Malmö” (İsveç) / “Torshavn” (Farer adaları)

“Rusenborq” (Norveç) / “Braydablik” (İslandiya) – “Pünik” (Ermənistan) / “Viktoriya” (Çexiya)

“Genk” (Belçika) – “Partizan" (Serbiya) / “Skendiya” (Makedoniya)

“Valletta” (Malta) / “Ekranas” (Litva) – “Linfild” (Şimali İrlandiya) / BATE (Belarus)

“Zestafoni” (Gürcüstan) / “Daçiya” (Moldova) – “Şturm” (Avstriya) / “Videoton” (Macarıstan)

“Benfika” (Portuqaliya) – “Trabzonspor” (Türkiyə)

“Dinamo” (Kiyev, Ukrayna) – “Rubin” (Rusiya)

“Tvente” (Hollandiya) – “Vasluy” (Rumıniya)

“Standart” (Belçika) – “Sürix” (İsveçrə)
“Odense” (Danimarka) – “Panatinaykos” (Yunanıstan)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqustda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar