“Abramoviçə Çempionlar Liqası kuboku borcluyuq”
12 aprel 2011 19:55 (UTC +04:00)

“Abramoviçə Çempionlar Liqası kuboku borcluyuq”

Lent.az-ın məlumatına görə, bunu “zadəganlar”ın futbolçusu Frenk Lempard “Mançester Yunayted”lə aprelin 12-də keçirəcəkləri ¼ final mərhələsinin cavab görüşü öncəsi bildirib.

Lempard deyib ki, son 10 ildə əldə etdikləri Abramoviçin maliyyə qoyuluşları sayəsində mümkün olub: “Onun gəlişindən sonra hər şey dəyişdi. Buna görə də Abramoviçə minnətdarıq. Çempionlar Liqası – qalibi ola bilmədiyimiz yeganə turnirdir. Biz müəyyən mənada Abramoviçə bu kuboku borcluyuq. O, klub üçün etdikləri qarşılığında hər şeyə layiqdir”.

Qeyd edək ki, Roman Abramoviçin 2003-cü ildə “Çelsi”ni almasından sonra bu klub 3 dəfə İngiltərə çempionluğunu, 2 dəfə ölkə kubokunu qazanıb. Lakin Çempionlar Liqasında zəfər rusiyalı biznesmenin həyata keçməyən arzusu olaraq qalır. ¼ final mərhələsinin Londonda keçirilmiş ilk görüşündə “Çelsi” 0:1 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar