Roberto Karlosa uzadılan banana 300 min qiymət qoyuldu
07 aprel 2011 12:12 (UTC +04:00)

Roberto Karlosa uzadılan banana 300 min qiymət qoyuldu

Lent.az-ın məlumatına görə, buna Premyer Liqanın 2-ci turunda “Anji” ilə oyun öncəsi piterli azarkeşin Mahaçqala komandasının braziliyalı futbolçusu Roberto Karlosa banan uzatması səbəb olub.

“Zenit”ə “azarkeşlər tərəfindən irqçilik təzahürü” və “ictimai təhlükəsizliyin təmin olunmaması” bəndləri əsasında cərimə kəsilib. Rusiya Premyer Liqasının Nizam-İntizam Komitəsinin sədri Vladimir Katkov bildirib ki, qərar qəbul edərkən, olayın Rusiya bayrağının qalxdığı və himnin səsləndirildiyi vaxt baş verdiyini nəzərə alıblar. Digər tərəfdən, onun fikrincə, azarkeş həmin anda bananı sakitcə oyunçulara uzadıb. Yəni, bu, kütləvi hal olmayıb.

Qeyd edək ki, Rusiya futbolunda “banan” mövzusu müntəzəm ortaya çıxır. Ötən mövsüm Moskva “Lokomotiv”inin fanatları “Dinamo” ilə görüş zamanı nigeriyalı Piter Odemvingienin İngiltərənin “Vest Bromviç” klubuna keçidi qarşılığında banan təsviri olan banner asıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar