Elnur Əşrəfoğlu istefasının səbəblərini açıqladı
“İstefam “İdman-Azərbaycan”a başqasının rəhbər təyin olunması ilə bağlı deyil”
“Azərbaycan Televiziyasının idman proqramları redaksiyasının baş redaktoru vəzifəsindən öz ərizəmlə azad olunmuşam. Sadəcə, özüm getmək istədim”.
Bu sözləri Lent.az-a açıqlamasında tanınmış idman jurnalisti Elnur Əşrəfoğlu deyib.
Uzun müddət Az.TV-də çalışmış Əşrəfoğlu birdən-birə telekanalla vidalaşmağa qərar verməsində qeyri-adi bir şey görmədiyini bildirib. Onun sözlərinə görə, bu addımı yeni açılan “İdman-Azərbaycan” telekanalına özünün yox, Elsevər Dünyamalıyevin baş direktor təyin edilməsi ilə bağlı deyil: “Mənim hamı ilə münasibətlərim normaldır, Dünyamalıyevlə də həmçinin. Ona yeni işində uğurlar arzulayıram”.
Amma dövlət televiziyasının sabiq əməkdaşı istefasının konkret səbəbini açıqlamayıb. O, yenə Az.TV-yə qarşı əvvəlki mövqeyində qalacağını söyləyib: “Mən, necə deyərlər, uşaqlıqdan Az.TV-də böyümüşəm. Məni bu telekanal tanıdıb. Təbii ki, bundan sonra da telekanala qarşı daim xoş münasibətdə qalacağam. İstefamın səbəbinə gəlincə, hamı işdən nəyə görə çıxır? Hər kəs istədiyi vaxt ərizəsini yazıb işindən azad olunmaqda sərbəstdir”.
Əşrəfoğlu gələcək fəaliyyətini də jurnalistika sahəsində davam etdirəcəyini əlavə edib. Elnur Əşrəfoğlu imzasının jurnalistikada tanındığını deyən həmkarımız müəyyən layihələrin nəzərdə tutulduğunu bildirib: “Əlbəttə, yenə idman jurnalistikasında çalışacağam. Gedib diş həkimi işləyəsi və ya Joze Mourinyo kimi bir sahədən digərinə keçəsi deyiləm. Karyeramda bir yenilik olan kimi açıqlayacağam”.
Elşən Məmmədov

981