PSJ Bakı “İnter”inə rəqib oldu
29 dekabr 2010 15:02 (UTC +04:00)

PSJ Bakı “İnter”inə rəqib oldu

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 3-dən hazırlıq prosesinə başlayacaq baş məşqçi Kaxaber Tsxadadzenin komandası 3 oyunda qüvvəsini sınayacaq. “İnter” yanvarın 7-də Fransanın PSJ komandasının ikinci heyəti ilə qarşılaşacaq. Bundan iki gün sonra keçiriləcək növbəti görüşdə rəqib Türkiyənin Bank Asya Liqasında çıxış edən “Altay-İzmir” olacaq. Nəhayət yanvarın 11-də Azərbaycan çempionu Albaniyanın yüksək liqasında mübarizə aparan “Skenderbeu” ilə üz-üzə gələcək.


Qeyd edək ki, hazırlıq prosesinin ardından “İnter” Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaq. Komandamız yanvarın 15-də start götürəcək “Birlik Kuboku”nda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar