Leonardo “İnter”in baş məşqçisi olacaq
Lent.az-ın “La Gazzetta dello Sport” qəzetinə istinadən verdiyi məlumata görə, Leonarda müqavilənin şərtləri ilə razılaşıb və müqavilə dekabrın 27-də imzalanacaq.
Leonarda ilə müqavilə 2012-ci ilin iyununa qədər bağlanacaq və müqavilə 1 mövsüm uzadıla bilər. 41 yaşlı Leonarda 1 il üçün 2,5 milyon dollar alacaq. O, “İnter” ilə ilk məşqinə dekabrın 29-da çıxacaq və gələn il yanvarın 6-da 18-ci tur çərçivəsində “Napoli” komandası ilə oyunda “İnter”in baş məşqçisi kimi debüt edəcək.
Qeyd edək ki, bu mövsüm Rafael Benitesin rəhbərlik etdiyi “İnter” uğursuz çıxış edib. Komanda hazırda İtaliya çempionatında 7-ci yerdədir və lider “Milan”dan 13 xal geri qalır. Komandanın 2 ehtiyat oyunu da var.
Xatırladaq ki, Leonarda 1994-cü ildə Braziliya yığmasının tərkibində dünya çempionu olub. 1997-2001-ci illərdə “Milan” komandasının yarımmüdafiəçisi olan Leonarda karyerasını başa vurandan sonra agent kimi fəaliyyətə başlayıb. 2009-cu ildə “Milan” komandasının baş məşqçisi postunda Karlo Ançelottini əvəzləyən Leonarda bu postda cəmi bir mövsüm qalıb. Onun rəhbərliyi dövründə “Milan” İtaliya çempionatında üçüncü yeri tutub.

Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23