“Xəzər-Lənkəran” liderliyə yüksəldi
Amma bu liderlik müvəqqəti ola bilər
Futbol üzrə Unibank Premyer Liqasında bu gün keçirilən XIX turun daha bir oyunu başa çatıb. Lent.az-ın məlumatına görə, Zaqatala Olimpiya Kompleksinin stadionunda “Simurq” klubu “Xəzər-Lənkəran”la qarşılaşıb.
Oyun qonaqların qələbəsi ilə başa çatıb – 2:1. 13-cü dəqiqədə “Xəzər-Lənkəran”ın futbolçusu Junior Osvaldo hesabı açıb. Bu, ilk yarıda yeganə qol olub. 67-ci dəqiqədə Lənkəran təmsilçisinin yeni transferi Kristian Kabral fərqlənib. “Simurq” qapısından buraxdığı iki topa 81-ci dəqiqədə Ruslan Qunçakın penaltidən vurduğu təsəlli qolu ilə cavab verib.
Bu qələbə sayəsində xallarını 39-a çatdıran “Xəzər-Lənkəran” liderliyə yüksəlib. “Qarabağ” və “İnter”in də eyni xalı olsa da, 3 komandanın indiyədək öz aralarında keçirdiyi oyunların nəticələrinə əsasən, Lənkəran klubu hamını qabaqlayır. Lakin “İnter” hazırda davam edən görüşdə “Standard”dan xal almağı bacarsa, yenidən vahid liderliyini bərpa edəcək.
İkinci dövrədə heç bir oyunda qələbə qazana bilməyən “Simurq” isə ardıcıl iki məğlubiyyətdən sonra ilk “6-lığ”a yüksəlmə şanslarını daha da çətinləşdirib. Hazırda 28 xalı olan Zaqatala təmsilçisi 6-cı pillədəki “Neftçi”dən 3 xal geri qalır.
"Muğan" (Salyan) - "Olimpik-Şüvəlan" (Bakı) - 0:1
İsmael Fransisko, 34
Qırmızı vərəqə: Cahangir Həsənzadə, 28 (“Olimpik-Şüvəlan”)
"Qəbələ" - "Turan" (Tovuz) - 1:0
Kənan Kərimov, 62-penalti ilə
"Qarabağ" (Ağdam) - "Karvan" (Yevlax) - 3:2
Əfran İsmayılov, 30. Elnur Allahverdiyev, 45+3. Emin İmaməliyev, 64 - Xaqani Məmmədov, 4; 44
Qırmızı vərəqə: Ayxan Abbasov, 67(“Qarabağ”)
"Neftçi" (Bakı) - "Bakı" - 1:1
Adrian Neaqa, 39-penalti ilə - Jaba, 25-penalti ilə
“Simurq” (Zaqatala) – “Xəzər-Lənkəran” – 1:2
Ruslan Qunçak, 81-penalti ilə - Junior Osvaldo, 13. Kristian Kabral, 67
"Standard" (Sumqayıt) - "İnter" (Bakı) qarşılaşmasında ilk yarıdan sonra hesab açılmayıb.

Oxşar yazılar

Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42