“Azərbaycan yığmasının heyəti 70 faiz dəyişib” – Baş məşqçi
01 oktyabr 2020 19:10 (UTC +04:00)

“Azərbaycan yığmasının heyəti 70 faiz dəyişib” – Baş məşqçi

“Azərbaycan millisinin sentyabrda qrup çərçivəsində Fransa ilə oyununu (1:2) izləmişəm. Bu dəfə fərqli görüş olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının baş məşqçisi Yaroslav Kentoş deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa ilə keçiriləcək görüşlərin heyətini açıqlayan 46 yaşlı çalışdırıcı mətbuat konfransında rəqiblər barədə fikir bildirib.

O, yığmamızda baş verən dəyişiklikləri xüsusi vurğulayıb: “Azərbaycan keçən ay Fransaya uduzaraq, qrupda irəliləmək şansını itirdi. Rəqibin heyəti 70 faiz dəyişib. Seçmə mərhələyə Azərbaycana qarşı keçirdiyimiz səfər matçı ilə başlamışıq. Hələ ki, Fransa ilə oyunu düşünmürəm. İlk olaraq növbəti rəqib olan Azərbaycanla matça köklənmişik. Yalnız ondan sonra qrupun favoritlərindən olan Fransa ilə qarşılaşma barədə fikirləşəcəyik”.

Qeyd edək ki, oktyabrın 8-də Nitrada millimizi qəbul edəcək Slovakiya yığması, ayın 12-də Strasburda Fransa sınağına çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Oxşar yazılar