Ən uzun səyahət  edən canlı: ildə 80 min kilometr  fasiləsiz miqrasiya edir
19 may 2026 16:25 (UTC +04:00)

Ən uzun səyahət edən canlı: ildə 80 min kilometr fasiləsiz miqrasiya edir

0

Yəqin ki, siz balinaları və ya ən yaxşı halda qaranquşları düşündünüz.

Amma yox: planetdə yaşayan bütün canlılar arasında miqrasiya üzrə mütləq rekordçu çəkisi 100 qramdan az, qanad açıqlığı isə təxminən 80 sm olan bir quşdur - Arktik qağayı 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu ağ rəngli, başında qara “şapka” olan gözəl quş hər yaz Arktikadakı yuvalama yerlərindən qalxaraq... Antarktidaya uçur. Təsəvvür edin: Şimal qütbündən Cənub qütbünə qədər, bütün Yer kürəsini keçərək, bir istiqamətdə təxminən bir ay fasiləsiz uçuş edir.

Alimlər bu quşların ayaqlarına geolokatorlar taxaraq məlumatları analiz etdikdə heyrətə gəliblər. Məlum olub ki, bir quş ildə 70–80 min kilometr məsafə qət edir. Bəzi rekordçular isə 90 min kilometrə qədər uçur - bu, Yer kürəsini ekvator boyunca təxminən 2,5 dəfə dövr etmək deməkdir.

Bu qədər uzun uçuşu necə edirlər?

Sirri ağıllı marşrutdadır. Qağayılar birbaşa xətt üzrə uçmur, S formasında trayektoriya seçirlər. Onlar soyuq okean axınlarının plankton və xırda balıqları səthə çıxardığı bölgələri izləyirlər.

Beləliklə:

• Uçuş zamanı qidalanırlar 

• Dayanmadan enerji toplayırlar 

Onlar yolu necə tapır?

Ən maraqlı faktlardan biri də budur ki:

• Gənc quşlar ilk uçuşlarını valideynsiz edir 

• Heç kim onlara yolu göstərmir 

Marşrut onların genlərində “yazılıb”. Buna baxmayaraq, onlar Antarktidaya doğru yolu tapır və 2–3 ay ərzində demək olar ki, yerə enmədən uçurlar.

1970-ci illərdə alimlər Qrenlandiyada bu quşları işarələyib və bir il sonra Avstraliyada tapıblar. Onların naviqasiya səhvi minlərlə kilometr yol ərzində cəmi 100 kilometrdən çox olmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar