Ağ ayını yuxudan oyatdı, 8 min manat cərimələndi
17 avqust 2026 17:46 (UTC +04:00)

Ağ ayını yuxudan oyatdı, 8 min manat cərimələndi

0

Norveçdə gəmi sirenası ilə sahildə yatmış ağ ayını oyadan kişi 50 min kron, təxminən 8 min manat məbləğində cərimələnib.

Lent.az BBC-yə istinadən xəbər verir ki, hadisə avqustun əvvəlində Şimal qütbündən təxminən min kilometr aralıda yerləşən Şpitsbergen adasının şimal-qərbindəki fyordlardan birində baş verib.

Ərazidən keçən gəminin sərnişinləri və ya ekipaj üzvləri sahildə yatmış ağ ayını görüblər. Onlardan biri gəminin sirenasını işə salaraq heyvanı oyadıb. Səsdən narahat olan ayı yerini dəyişmək məcburiyyətində qalıb.

Şpitsbergendə ağ ayılar 1972-ci ildən qorunur. Yerli qanunvericilik zərurət olmadan vəhşi heyvanları narahat etməyi, onları cəlb etməyi və izləməyi qadağan edir.

Adı açıqlanmayan şəxs cəriməni ödəməyə razılaşıb.

Bölgədə turistlərin heyvanları narahat etdiklərinə görə cəzalandırılması ilk belə hal deyil. 2024-cü ildə turistlərdən biri morja həddindən artıq yaxınlaşdığı üçün 11,5 min kron cərimələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar