Lənkəranda ağac axtardı, qardaşını öldürdü - ONU TANI
21 oktyabr 2022 20:15 (UTC +04:00)

Lənkəranda ağac axtardı, qardaşını öldürdü - ONU TANI

Onlar Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlamışdılar. Tale əvvəlcə Azərbaycana Roberti gətirir. O, tüfəng qundağı üçün qoz ağacı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərana gedib çıxır. Gei qayıdanda isə Bakıya dönür. Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-ci ildə qardaşları Bakıda “Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel”, Nobel qardaşları şirkətini yaradırlar.

Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli karitala yiyələnirlər.

Emanuel Nobelin üçüncü oğlu Alfred mühəndis-ixtiraçı idi. Əslində, Nobellərin indiki dillə desək, biznes planlarının arxasında o dururdu.  Amma maraqlı bir fakt, Alfred Nobel heç vaxt Bakıda olmayıb və bu şəhəri “neftə bulanmış səhra” adlandırıb.


Lent.az bu gün “Onu Tanı”da doğum günü olan Alfred Nobeldən bəhs edəcək.
Alfred 21 oktyabr 1833-cü ildə dünyaya gəlib və Sankt-Peterburqda təhsil alıb. 1842-ci ildə 9 yaşlı Alfred Stokholmdan Sankt- Peterburqa, öz atasının yanına gəlir. Onun atası, Emmanuel Nobel, buxar maşınlarını istehsal edən şirkətin başçısı idi. Alfred özəl məktəbə yazılmışdı. O, dərslərini yaxşı oxuyurdu, kimya və fizika ilə maraqlanırdı, boş vaxtlarında isə atasının şirkətinə gedirdi.

 Alfredin atası istəyirdi ki, onun oğlu alman universitetlərində kimya və fizikanın əsasları ilə tanış olsun. Almaniyadan sonra Alfred Parisə təcrübəyə gedir. Daha sonra isə ABŞ-a yollanır və burada məşhur İsveç ixtiraçısı Con Eriksonun zavodunda çalışır. Həmin zavodda buxarlı maşınlar və gəmilər istehsal olunurdu.
1853-cü ildə Nobel Sankt- Peterburqa qayıdır və atasının şirkətində işləməyə başlayır. Şirkət həmin vaxt hərbi sursat istehsalında ixtisaslaşırdı. Rusiya o dövrdə Türkiyə ilə Krım müharibəsini aparırdı. Müharibədən sonra hərbi sursatlara tələbat azalır və Alfred valideynləri ilə bir yerdə Stokholma qayıdır.
Bütün boş vaxtını Alfred atasının onun üçün düzəltdiyi kiçik laboratoriyada keçirirdi. Orada kimyəvi maddələr üzərində təcrübələr aparırdı, onu partlayışlar maraqlandırırdı. O, nitroqliserin üçün xüsusi detonator belə hazırlamışdı.
Daha sonra məşhur rus akademiki Zeninin rəhbərliyi altında çalışır. Tətbiqli kimya sahəsində çox uğurlu işlər görür. 

Dünyanın hər ölkəsində ailənin adı icadları olan dumansız barıt və dinamitlə əlaqələndirilib. Alfred İtaliyada 10 dekabr 1896-cı ildə ölüb, ölümündən bir il qabaq Parisdə hazırladığı vəsiyyətnamədə fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələrində millətlərarası mükafatlarının təsis edilməsini irəli sürüb.

İlk mükafatlar 1901-ci ildə Nobelin arzusu ilə İsveçdə Stokholm və Norveçdə Osloda təqdim edildi. Mükafat sisteminin qurulmasına Alfred Nobel 30 milyon kron kimi böyük bir məbləğ ayırmışdı. Bu pulun 5 milyon 200 mini Bakı neftlərindən qazanılan pul təşkil edirdi.


Daha bir maraqlı fakt: Alfred Nobel dinamit və barıtla bağlı araşdırma apararkən qardaşları Lüdviq və Robert dinamit sayəsində neft yataqlarını asanlıqla tapırdı. Qafqazdakı bir çox neft yatağı Lüdviq və Robert tərəfindən işlədilirdi. Bu neft yataqları sahəsində Nobel ailəsi böyük qazanc əldə etmişdi. Yeir gəlmişkən, 1864-cü ildə Nobel nitroqliserin tədqiqatları aparanda partlayış baş verir və 4 nəfər dünyasını dəyişir. Bu partlayışda qardaşı Emil də həyatını itirir.
Avropa və daha sonra bütün dünyada dinamit istehsalı üzrə müəssisələr açılmağa başlayır. Nobelin özünün 20 belə manufakturaları var idi. Lakin dinamiti nəinki mühəndislik sahəsində, həmçinin hərbi işdə də istifadə etməyə başlayırlar.
Bunların sayəsində Nobel yaxşı mənfəət əldə etmişdi.
Qeyd edək ki, sintetik element olan nobelium onun xatirəsinə adlandırılıb. Alfred Nobel dinamitlə bağlı bunları deyib: “Məni – dinamiti tapan şəxsi sülhün dostu olaraq görənlər mənimlə zarafat edəcək. Olsun. Əgər insan ağlına qulaq asmırsa, o qədər qorxunc bir ölüm maşını kəşf etməlidir ki, bəşəriyyət qorxu və qorunma instinkti ilə sülhü seçsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13248
avatar

Səbuhi Sədəf

Oxşar yazılar