Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 24-ü axşamdan 25-i səhərədək qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dekabrın 25-i gündüz isə cənub küləyi arabir 15-18 m/s olacaq. Dekabrın 25-də gecə və səhər bəzi yerlərində arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.