Ötən gün Zaqatalada baş verən-dəhşətli qəzada xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılııb. Vəziyyəti ağır olan xəstəyə müvafiq tibbi yardım göstərilib.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, xəstə bu gün saat 05.30 radələrində isə təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, bu gün saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.
Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.