Zaqatalada itən hindistanlı  indi başqa yerdə axtarılır
24 noyabr 2023 14:09 (UTC +04:00)

Zaqatalada itən hindistanlı indi başqa yerdə axtarılır

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı trustin axtarışları Rusiya ərazisində davam etdirilir.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideyinləri məlumat verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24981
avatar

Oxşar yazılar