Zaqatalada DƏHŞƏT:   məktəbli qız özünü asdı
13 noyabr 2023 00:00 (UTC +04:00)

Zaqatalada DƏHŞƏT: məktəbli qız özünü asdı

Zaqatalada məktəbli qız intihar edib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı Səfiyyə Əhmədova yaşadığı evdə özünü asıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ailəsi evə gələndə S.Əhmədovanın asılmış meyitini aşkar ediblər. 

İntiharın baş vermə səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

S.Əhmədova məktəbli olub. O, 10-cu sinifdə oxuyurmuş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30102

Oxşar yazılar