Zaqatalada itkin düşən qadın görün haradan tapıldı - YENİLƏNİB
01 iyun 2024 11:25 (UTC +04:00)

Zaqatalada itkin düşən qadın görün haradan tapıldı - YENİLƏNİB

Zaqatalada itkin düşən qadın tapılıb.

Lent.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri axtarışlar nəticəsində itkin düşən Zaqatala şəhər sakini 37 yaşlı E. Əhmədovanın yeri müəyyən edilib.

O, Bakı şəhərində tapılıb.

Məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a təsdiqlənib.

***
30.05.2024

Saat: 10:37

Zaqatalada 37 yaşlı qadın itkin düşüb.

Lent.az-ın məlumatına görə, Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Elyanə Əhmədova yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi barədə polisə məlumat veriblər.

İtkin düşən qadının ruhi xəstə olduğu bildirilir.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33006
avatar

Arzu Qurbanlı

Oxşar yazılar