Zaqatala sakinləri Şəkidə qəzaya düşdü
06 fevral 2025 20:57 (UTC +04:00)

Zaqatala sakinləri Şəkidə qəzaya düşdü

Şəki-Zaqatala yolunda minik avtomobili aşıb. 

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax-Zaqatala yolunun İnçə kəndi ərazisindən keçən hissəsində baş verib. 

Zaqatala sakini, 58 yaşlı Ramiz Hacıyevin idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, Zaqatala rayon sakini, 27 yaşlı Aydan Mahamatebinova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21589

Oxşar yazılar