Yol polisi sürücünü qulağı partlayana  qədər döydü
03 avqust 2024 17:09 (UTC +04:00)

Yol polisi sürücünü qulağı partlayana qədər döydü

Rusiyanın Perm vilayətində Dövlət Yol Müfəttişliyinin əməkdaşı Artur Şartdinov sürücü Artem Motırevi sol qulağının qulaq pərdəsi partlayana qədər döyüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, iyulun 20-də axşam Dövlət Yol Müfəttişliyinin əməkdaşları Motırevin idarə etdiyi avtomobili saxlayıblar. Polis Şartdinov həmin şəxsi qandallayıb, sonra yumruqları və təpik zərbələri ilə döyməyə başlayıb. Zərərçəkənə qulaq pərdəsinin yırtılması diaqnozu qoyulub, eşitmə 10% -ə düşüb.

İyulun 24-də Şartdinova qarşı cinayət işi açılıb. O, şübhəli şəxs qismində saxlanılaraq dindirilib. İyulun 26-da Çernuşinski rayon Məhkəməsi yol polisi əməkdaşını iki ay müddətinə ev dustaqlığına məhkum edib. Zərərçəkmiş Motırev də öz növbəsində bu qərardan apellyasiya şikayəti verib.

Zərərçəkənin dediyinə görə, o, Şartdinovdan qorxur və hələ də “onun qorxunc görünüşünü” xatırlayır. Motırev onu da bildirib ki, iyulun 26-da onun xəstəxanasına naməlum şəxs gəlib və ondan ifadəsini yumşaltmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar