Rusiyanın Naro-Fominsk şəhərində qadın saxlanılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, rusiyalı uşaqları xaricə satmaqda şübhəli bilinir.
Məlumata əsasən, saxlanılan 46 yaşlı Naro-Fominsk sakini Nərgiz Həmidovadır. Qadın “Sweetchild” surroqat ana firmasında menecer işləyib.
2020-ci ildə Moskvadakı mənzillərin birində satış üçün xaricə göndəriləcək beş körpə tapılıb. “Sweetchild” əməkdaşları əmin ediblər ki, uşaqlar IVF-nin köməyi ilə dünyaya gəliblər, onların bioloji valideynləri isə əcnəbidir. Lakin şirkətdə bu məlumatı təsdiqləyən sənədlər olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin rusiyalı uşaqların xaricə satışında əli olduğunu müəyyən edirlər. Bundan əlavə, artıq satılan körpələrin dəqiq sayı da müəyyənləşir.