Aşkarlanan telefonlar
14 fevral 2022 18:27 (UTC +04:00)

Aşkarlanan telefonlar

Yarım milyonluq "Iphone" Azərbaycan gömrüyündə saxlanıldı - VİDEO

Külli miqdarda mobil telefonların Azərbaycana qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması  keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin  içərisində gömrük nəzarətindən gizlədilmiş - 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

 Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 (dörd yüz əlli yeddi min üç yüz)  manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Külli miqdarda telefonun Azərbaycana keçirilməsinin qarşısı alındı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2531

Oxşar yazılar

Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

30 mart 2025 , 18:01
Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

30 mart 2025 , 15:31