Bakıda bazardan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,
Dekabrın 19-da gecə saat 2 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki kənd təsərrüfatı bazarında Salyan rayon sakini Z.Nuruşova məxsus 12 yeşik nar məhsulunu oğurlamağa cəhd göstərən şəxsi Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayıb.
10-cu Polis Bölməsinə təhvil verilən şəxsin Ağdaş rayon sakini S.Əliyev olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə onun dekabrın 17-də həmin bazarda V.Zeynalova məxsus 18 kisə xiyarı oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.