Xəzərdə 2 yeniyetmə  xilas olundu -  VİDEO
17 iyul 2025 18:40 (UTC +04:00)

Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 17 yaşlı Qurbanov Firudin Alxas oğlu və 16 yaşlı Cəfərov İzzət Eldəniz oğlunu dalğıc-xilasedicilər təhlükəsiz əraziyə çıxarıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar