Zibil yandırırdı, özü də yandı
01 iyul 2013 00:07 (UTC +04:00)

Zibil yandırırdı, özü də yandı

Gəncə şəhərinin Məhsəti qəsəbəsində yanğın hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında olub.

 

 

Kəlbəcər rayon sakini, 1955-ci il təvəllüdlü Sədaqət Məmmədyarova həyətində məişət tullantılarını yandırmaq istəyərkən, ehtiyatsızlıqdan üstünə tökülən neft alışıb.

 

 

Qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

 

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2311
avatar

Oxşar yazılar