Zəncirvari qəza: qadın maşının şüşəsindən yerə düşdü
27 mart 2016 00:49 (UTC +04:00)

Zəncirvari qəza: qadın maşının şüşəsindən yerə düşdü

Bakıda zəncirvari yol qəzası baş verib. Musavat.com-un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Yolun təmir gedən hissəsində “Daewoo-Gentra” markalı avtomobil qarşıda hərəkətdə olan “Saipa” markalı maşına arxadan çırpılıb. Zərbə güclü olduğundan “Saipa”nın arxa oturacağındakı sərnişin, 1960-ci il təvəllüdlü Nənəcanova Sürəyya Abbas qızı maşının şüşəsindən yerə düşüb. Onun ayağı təmir gedən ərazidəki boruların arasında qalıb və sınıb. 56 yaşlı qadın başqa bədən xəsarətləri də alıb. O, hadisə yerinə çağırılmış təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

 

Yolda sıxlıq olduğundan arxadan gələn iki avtomobil də bir-birinə dəyib. Həmin avtomobillərdən biri – “Hyundai” markalı maşın Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevə məxsusdur.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya “Daewoo” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolda təmir getdiyini nəzərə almaması səbəb olub. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün avtotexniki ekspertiza təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar