Zavodda baş verən partlayışla bağlı cinayət işi başlandı
06 iyul 2015 21:27 (UTC +04:00)

Zavodda baş verən partlayışla bağlı cinayət işi başlandı

0

Şirvan şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın  baş verib.

 

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar