Zaqatalada tülkü kəndə hücum etdi
15 iyul 2016 20:44 (UTC +04:00)

Zaqatalada tülkü kəndə hücum etdi

0

Zaqatalada tülkü kəndə hücum edib.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə , hadisə gecə saatlarında Aşağı Tala kəndində baş verib.

 

Belə ki, tülkü kənd sakini Elnur Musayevə məxsus evin həyətindəki hində 7 hind quşu, 15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb. Bundan sonra ev sahibi tələ qurub və axşam hinin yaxınlığında tülkünü tutub.

 

Sakinlər indiyədək tülkülərin Aşağı Talada yüzə yaxın toyuq-cücəni məhv etdiyini, kənddə vəhşi heyvanlar, sahibsiz itlərin artmasından narahat olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar