Zaqatalada traktorun qoşqusunda 2 ton quru ot yanıb
08 iyun 2019 23:17 (UTC +04:00)

Zaqatalada traktorun qoşqusunda 2 ton quru ot yanıb

0
Bu gün axşam saatlarında Zaqatala rayonunun Dardoqqaz kəndinin inzibati ərazisində rayon sakini Bayram Əli oğlu Abdullayevin idarə etdiyi traktorun içərisində quru otla dolu olan qoşqusunda yanğın baş verib. 
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafisə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. 
 
Yanğın zamanı traktorun qoşqusunda olan 2 tondan çox quru ot kütləsi qoşqudan kənarlaşdırılaraq traktorun yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan
olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 884

Oxşar yazılar