Zaqatala Dövlət Təbiət Qoruğunda baş verən yanğın lokallaşdırıldı
09 avqust 2014 22:01 (UTC +04:00)

Zaqatala Dövlət Təbiət Qoruğunda baş verən yanğın lokallaşdırıldı

0

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  bu gün saat 17: 00 radələrində  Zaqatala Dövlət Təbiəti Qoruğunun Balakən rayonu ərazisindən keçən hissəsində, Balakən çayının sol sahilində dağlıq meşə ərazinin 4 saylı dolayında  nəməlum səbəbdən yanğın başlayıb.

 

Ərazidə baş verən yanğının söndürülməsinə  Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti, FHN-nin Zaqatala və Qax  rayonlarının DYMH-dən hər birindən bir yanğınsöndürən maşın və şəxsi heyət və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

 

Axşam saat 21:00 radələrinə FHN-nin Balakən, Zaqatala və Qax rayonlarının DYMH-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində  qoruğun ərazisində baş verən yanğın nəzarətə alınaraq lokallaşıb. Yanğın  nəticəsində qoruğun ərazisində 2 hektara yaxın sahədə meşə örtüyü və kol-kos yanıb. İri gövdəli ağacların yanmasının qarşısı alınıb. Hazırda qoruğun ərazisndə baş verən yanğının tam söndürülməsi istiqamətində iş gedir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1115

Oxşar yazılar