Zaqatalada ağır qəzada 7 yaşlı qız öldü
0
0
Hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Mamrıx kənd sakini Qəhrəman Canayev idarə etdiyi avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.
Lent.az-ın Region TV-yə istinadən verdiyi xəbərə görə, qəzada sürücünün 7 yaşlı qızı Dünya xəstəxanaya aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti alan sürücü və onun yaxın qohumları Şərqiyə Balayeva, Nazxanım Aydəmirova MRX-a yerləşdiriliblər.
Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
0
0