Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, hərbi prokuror Azərbaycan Ordusunun şəhid pilotları və polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimində işrirak edirlər.
APA-nın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.
Vida mərasimindən sonra şəhidlər II Fəxri Xiyabanda torpağa tapşırılacaq.