Yolu süpürən şəxsi maşın vurdu
02 may 2016 01:22 (UTC +04:00)

Yolu süpürən şəxsi maşın vurdu

0

Gəncədə süpürgəçi işləyən anasına kömək edən 27 yaşlı kişini maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında qeydə alınıb. Təmizlik İdarəsinin işçisi olan anasına kömək edən şəhər sakini 1989-cu il təvəllüdlü İman Əliyev yolu süpürən zaman hərəkətdə olan avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan İ. Əliyevi avtomobilin sürücsü Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar