Yollarda sürət həddi bərpa olundu
28 noyabr 2014 15:04 (UTC +04:00)

Yollarda sürət həddi bərpa olundu

0

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq sürət həddi aşağı salınan Bakının iki avtomobil yolunda köhnə sürət həddi bərpa olunub.


 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, hava şəraiti normallaşdıqdan Böyükşor-Hava limanı istiqamətində avtomobil yolun sürət həddi iki zolaqda 100 km/saatdan 120 km/saata, bir zolaqda 80 km/saatdan 100 km/saata, sonuncu zolaqda isə 60 km/saatdan 80 km/saata qaldırılıb.

 

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda sürət birinci zolaqda 100 km/saatdan 120 km/saata, ikinci zolaqda 80 km/saatdan 100 km/saata; üçüncü zolaqda isə 60 km/saatdan 80 km/saata qədər artırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1457

Oxşar yazılar